Xəbər verdiyimiz kimi, Suriyada əcnəbi döyüşçülər ölkənin Silahlı Qüvvələrinin rəhbərliyinə cəlb edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Suriyanın yeni lideri Əhməd əş-Şaranın fərmanı ilə Muxtar Türki kimi tanınan Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi Suriya ordusunda briqada generalı rütbəsi alıb.
Qeyd edək ki, Ömər Məhəmməd Çiftçi "Nüsrə Cəbhəsi" dövründən Əhməd əl-Şara ilə birlikdədir.
Milli.Az