Dünya

Zelenski Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı bunu da tələb edir

29 Dekabr 2024 14:25
Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hökumətini Azərbaycan Hava Yollarının təyyarəsinin qəzası ilə bağlı aydın izahat verməyə çağırıb.

Milli.Az xəbər verir ki,  ABŞ 38 nəfərin ölümünə səbəb olan təyyarə qəzasında Rusiya cavabdeh ola biləcəyi ilə bağlı ilkin göstəricilər olduğunu açıqlamışdı. Kreml Rusiyanın hava müdafiə sistemlərinin həmin vaxt fəaliyyət göstərdiyini bildirsə də, təyyarəni vurduğunu qəbul etməyib.

Ukrayna Rusiyanın Oriol bölgəsində Shahed dronları üçün olan depoya zərbə endirib, bunun Moskvanın dron hücumları potensialını əhəmiyyətli dərəcədə zəiflətdiyini açıqlayıb. Ukraynanın hava qüvvələri isə, Rusiyanın atdığı 16 drondan 15-ni məhv etdiyini bildirib.

Rusiyanın Gazprom şirkəti Moldova ilə qaz tədarüklərini 1 yanvarda dayandıracağını açıqlayıb. Moldova baş naziri Rusiyanı "enerjini siyasi silah kimi istifadə etməkdə" ittiham edib.

Rusiyanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı tərəfindən tətbiq olunan yeni sanksiyalara cavab olaraq daha çox Aİ rəsmisinin Rusiyaya girişi qadağan olunan siyahıya əlavə edildiyini bildirib.

Finlandiya polisi Estlink 2 elektrik kabelinə sabotajla əlaqədar olaraq Rusiya ilə əlaqəli "Eagle S" tankerini araşdırmağa davam edir.

Asya
Milli.Az
 
 
 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.