Dünya

Əsədin qohumu hava limanında saxlanıldı

27 Dekabr 2024 19:57
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livan hakimiyyəti Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşının saxlanıldığını bildirib.

Bu barədə TASS-a istinadən məlumat verir.

Qeyd olunur ki, keçmiş prezidentin həbs olunmuş qohumu və onun qızı saxta pasportlarla Livanı tərk etməyə cəhd göstəriblər.

Dureyd Əsəd Suriyanın mərhum prezidenti Hafiz Əsədin (1930-2000) qardaşı, baş tutmayan çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayan Rifat Əsədin oğludur. 2021-ci ildə Bəşər Əsəd 87 yaşlı əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə vətənə qayıtmağa icazə vermişdi.

Daha əvvəl ərəb mediası Dəməşqdə hakimiyyətin keçid hökumətinin əlinə keçməsindən sonra Rifat Əsədin ailəsi ilə birlikdə Livana köçdüyü barədə məlumat yaymışdı.

Rifat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərdə iştirak ittihamı ilə məhkəmə iddiası qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar istintaq dayandırılıb. /Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.