16:19
Göyərtəsində 29 ekipaj üzvü olan iki tankerin Qara dənizdə qəzaya uğraması nəticəsində neft sızması baş verib.
Trend-in məlumatına görə, TASS "Rosmorrechflot"a istinadən bildirir ki, bu gün Qara dənizdə baş verən fırtına nəticəsində "Volqoneft-212" və "Volqoneft-239" adlı iki tanker qəzaya uğrayıb.
Məlumata görə, xilasetmə əməliyyatı təşkil edilib, tankerlərə əlavə olaraq iki gəmi və iki helikopter göndərilib və təxliyə əməliyyatı həyata keçirilir.
Hazırda "Dəniz Xilasetmə Xidməti" Federal Dövlət Büdcə Müəssisəsi və Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən neft sızmasının qarşısının alınması üçün tədbirlər görülür.
14:33
Rusiyanın "Volqaneft" tankeri Kerç boğazında fəlakətə uğrayıb.
Milli.Az xəbər verir ki, bu barədə təcili yardım xidmətləri məlumat verib.
Agentliyin həmsöhbəti bildirib ki, "fırtına şəraitində (4 ton mazut daşıyan) tankerin burun hissəsi qopub, 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşir".
O əlavə edib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Həmçinin mazutun dağılması barədə də məlumat yoxdur. Hadisə sahildən 8 km məsafədə baş verib.
Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib./report.az
Milli.Az