Dünya

Suriya Dəra şəhərinə nəzarəti itirdi, ordu şəhəri tərk etdi

7 Dekabr 2024 17:50
Baxış: 1 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyanın ərazisinə görə dördüncü ən böyük şəhəri olan Dəra üsyançıların əlinə keçib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Suriya hökumət qüvvələri üsyançıların digər mühüm şəhərləri onun əlindən almasından sonra prezident Bəşər Əsədin hakimiyyətinə daha bir zərbə vuraraq, Dəra şəhəri üzərində nəzarəti itirib.

Bir müddət əvvəl Hələb və Həma, eləcə də şərq hissədəki Deyr əz-Zor şəhərləri də müxalifətin nəzarətinə keçib.

Hazırda isə müxalif üsyançıların Homs istiqamətinə hücumları davam edir. Hökumət həmin şəhərdə "Hizbullah" silahlılarını cəmləşdirməyə başlayıb.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildə elə məhz Dəra şəhərindən başlayıb.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.