Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda baş tutan "Bavariya" - "Benfika" (1:0) matçı zamanı azarkeş vəfat edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin Romeyn Cin adlı şəxs Lüksemburqun qadınlardan ibarət futbol yığmasının keçmiş baş məşqçisi olub.
O, 2006-2012-ci illərdə milliyə rəhbərlik edib.
Qeyd edək ki, oyun zamanı halı pisləşən azarkeş ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, o infarktan vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun