Dünya

Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52% təşkil edib - MSK

27 Oktyabr 2024 18:51
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saat 17:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində seçici fəallığı 71,52% təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Baxrom Kuçkarov MSK-da keçirilən brifinqdə deyib.

O cümlədən, 19,9 milyon vətəndaşın səsvermədə iştirakı gözlənilir, onlardan 14,2 milyonu saat 17:00-a artıq seçkilərdə səs verib.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.