Dünya

Ərdoğan rus dilində təşəkkür etdi - VİDEO

24 Oktyabr 2024 17:41
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatının ilk plenar iclasında iştirak edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ərdoğan iclasda çıxışının sonunda auditoriyaya müraciət edərək rus dilində təşəkkür edib.

Belə ki, o, çıxışını "Spasibo" (Sağ olun) deyərək tamamlayıb. Bununla da, Türkiyə lideri sammitdə iştirakını başa vurub. 

Onun, həmçinin artıq Kazan aeroportuna yollandığı da qeyd olunub.

Xatırladaq ki, "Yeni Şafak" qəzeti Ərdoğanın dünən Ankarada baş verən terror hücumuna görə Kazana səfərini vaxtından əvvəl tamamlayacağını yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.