Yeddi ölkə Ukraynanın NATO-ya dəvət edilməsinin əleyhinədir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Politico" yayıb.
Bildirilib ki, həmin ölkələr Almaniya, ABŞ, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniyadır.
"Alyansın əsas mövqeyə sahib üzvləri Rusiya ilə müharibəyə cəlb edilmək ehtimalından narahatdırlar", - deyə məlumatda qeyd olunub.
Nəşrin mənbələri qeyd edib ki, ABŞ və Almaniya Ukraynanın gələcəkdə, hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-ya üzv olmasını istisna etmirlər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Ali Radada beş maddədən ibarət "Qələbə planı"nı təqdim edib. Onun ilk maddəsi Ukraynanın hərbi əməliyyatlar başa çatmamış NATO-ya dəvət edilməsini nəzərdə tutur.
Milli.Az