Dünya

Harris Trampı faşist adlandırdı

24 Oktyabr 2024 08:00
Baxış: 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçki yarışında rəqibi Donald Trampı faşist hesab etdiyini deyib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bunu CNN telekanalına müsahibəsi zamanı deyib.

"Bəli, mən onu faşist hesab edirəm. Mən həmçinin bu məsələdə onu ən yaxşı tanıyanlara etibar etmək lazım olduğunu düşünürəm. Sən, onların karyerasına bax.", - deyə Harris bildirib.

Ağ Evin mətbuat katibi Karin Jan-Piyer ABŞ prezidenti Co Baydenin də Trampı faşist hesab etdiyini təsdiqləyib.

Qeyd edək ki, Trampı əvvəllər, xüsusən də ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəisi Mark Milley və Ağ Ev qərargahının keçmiş rəhbəri, istefada olan general Con Kelli belə adlandırıb.

Onların hər ikisi Trampın rəhbərliyi altında çalışsalar da, sonra qəfil onunla yollarını ayırdılar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.