Serbiya Prezidenti Aleksandr Vuçiç və Rusiya lideri Vladimir Putin 29 may 2022-ci ildən bəri ilk dəfə telefonla danışıblar.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Söhbət zamanı əsas ikitərəfli məsələlər, o cümlədən iqtisadi aspektlər müzakirə olunub.
O, Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən yayınmağa davam edəcəyinə əminliyini ifadə edib.
Vuçiç Rusiyanın BMT-də Serbiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə dəstəyini qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun