ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Kaliforniya ştatında iki erməni - bir kişi və qadın, xəstəxana xidmətləri və diaqnostik testlər üçün saxta sənədlərlə 54 milyon dollardan çox "Medicare" tibbi proqram fırıldaqçılığında, milyonlarla dollarlıq qızıl sikkələr və külçələr alaraq qanunsuz vəsaitlərin yuyulmasında təqsirləndirilir.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "USA Today" federal hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, Los-Ancelesdən olan 36 yaşlı Sofiya Şaklyan və 47 yaşlı Aleks Aleksanyan çərşənbə günü 24 nəfərlik federal ittiham əsasında həbs ediliblər.
Federal prokurorlar bildiriblər ki, Şaklyan 16 tibbi fırıldaqçılıq əməli və dörd çirkli pulların yuyulması cinayətində, Aleksanyan isə çirkli pulların yuyulması üçün əlbirlikdə, habelə çirkli pulların yuyulması ilə bağlı 3 cinayətdə ittiham olunur.
ABŞ Prokurorluğunun məlumatına görə, 2019-cu ilin martından 2024-cü ilin avqustuna qədər Şaklyan Los-Anceles dairəsində "Medicare" proqramında qeydiyyatdan keçmiş yeddi tibb işçisinə saxta sənədlər verib.
Məlumata görə, Şaklyana məxsus şirkət "Chateau d'Lumina Hospis and Palliativ Care" və bir sıra diaqnostik test şirkətləri, o cümlədən "Saint Gorge Radiology and Diaqnostics", "Medicare"yə heç vaxt göstərilməyən və lazım olmayan xidmətlər üçün 54 milyon dollar saxta sənəd təqdim edib.
Federal prokurorlar qeyd ediblər ki, Şaklyan və Aleksanyan bu cinayətlərdən ümumilikdə 23 milyon dollardan çox pul qazanıblar. ABŞ Prokurorluğundan verilən məlumata görə, Şaklyan həm də öz şirkətinə ödənilən "Medicare" vəsaitlərini saxta "Varsenik Babayan" adı altında hesablara köçürməklə yuyulmaqda ittiham olunur.
Aleksanyan eyni zamanda bir əcnəbi vətəndaşa Kaliforniyanın Silmar şəhərində "Saint Gorge" Diaqnostika və Radiologiya Mərkəzi açmağı və "Console Hospice" tibb şirkətini almağı tapşırıb. Federal prokurorların bildirdiyinə görə, bundan sonra Aleksanyan şirkətlərə, onların bank hesablarına və xarici vətəndaşların şəxsi bank hesablarına nəzarəti ələ keçirib.
Aleksanyan həmçinin digər cinayətlərdə də ittiham olunur.
ABŞ Prokurorluğu qeyd edib ki, şübhəli şəxslər "Medicare" ödənişlərini və hesablarına "Babayan" adı ilə yatırılan vəsaitləri yumaq üçün 6 milyon dollardan çox qızıl külçə və sikkələr alıblar. Cinayət sübuta yetirilərsə, Şaklyanı səhiyyə sahəsində fırıldaqçılıqda hər bir fakta görə 10 ilədək, çirkli pulların yuyulmasına görə isə 20 ilə qədər həbs cəzası gözləyir. Aleksanyan ittihamlar üzrə təqsirli bilinsə, hər bir maddə üzrə 20 ilə qədər həbs oluna bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
XƏBƏR LENTİ
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)





