Qazaxıstanda yanğında 5 uşaq ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, səhər saatlarında Kostanay bölgəsindəki evdə yanğın baş verib, nəticədə yaşayış sahəsinin dam örtüyü uçub.
Dağıntılar altından 2016, 2018, 2019, 2022 və 2023-cü il təvəllüdlü 5 uşağın meyiti aşkarlanıb.
İlkin məlumata görə, uşaqların anası evdə olmayıb, onun həyat yoldaşının isə həbsdə olduğu bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun