Qazaxıstanda yanğında 5 uşaq öldü

11 Oktyabr 2024 10:55

Qazaxıstanda yanğında 5 uşaq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, səhər saatlarında Kostanay bölgəsindəki evdə yanğın baş verib, nəticədə yaşayış sahəsinin dam örtüyü uçub.

Dağıntılar altından 2016, 2018, 2019, 2022 və 2023-cü il təvəllüdlü 5 uşağın meyiti aşkarlanıb.

İlkin məlumata görə, uşaqların anası evdə olmayıb, onun həyat yoldaşının isə həbsdə olduğu bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun