Rusiya ölkənin kritik enerji infrastrukturuna hücumu davam etdirdiyi üçün Ukrayna ən sərt qışı yaşamağa məhkumdur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.
"NATO Ukraynaya daha çox kömək etməlidir və edəcək. Biz nə qədər çox hərbi dəstək etsək, bu müharibə bir o qədər tez bitəcək", - Rutte bildirib.
O vurğulayıb ki, NATO ölkələrinin köməyi Ukraynanın mübarizəni davam etdirməsi üçün həyati əhəmiyyət kəsb edir.
NATO-nun baş katibi cəbhədəki vəziyyəti Ukrayna üçün "çətin" adlandırıb:
"Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirsə də, ruslar Donbasda yavaş-yavaş irəliləməyə davam edir".
O, Rusiyanın itkilərinin çox olduğunu, hər gün 1000 ölü və yaralı qurban verdiklərini qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun