Dünya

Martinika adasında vəziyyət gərginləşib, Fransa əraziyə xüsus təyinatlılar yeritdi

23 Sentyabr 2024 19:47
Baxış: 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hakimiyyəti Karib dənizindəki Martinika adasındakı iğtişaşlardan sonra ötən həftənin sonunda ərziyə xüsusi təyinatlı polis dəstələri göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu qərar ərazinin rəhbəri For-de-Frans, Le Lamenten, Dyuko və Le-Rober bələdiyyələrində bazar ertəsinədək bütün etirazların qadağan edildiyini və komendant saatının tətbiq olunduğunu elan etdikdən sonra qəbul olunub.

Xatırladaq ki, ötən həftə həmin ərazilərdə həddindən artıq inflyasiya və bahalaşma səbəbindən başlayan etirazlarda altısı polis olmaqla, ümumilikdə yeddi nəfər yaralanıb, bir neçə mağaza qarət olunub.

Polis gözyaşardıcı qazdan istifadə edib. Yerli əhali bu addımı narazılıqla qarşılayıb və dinc etirazlar yenidən başlayıb.

Əraziyə 1959-cu ildən fəaliyyəti qadağan olunan və sonuncu dəfə 2009-cu ildə Qvadelupe regionuna cəlb edilən xüsusi polis qüvvələri gətirilib.

Martinika adasının Sosialist Partiyasının təmsilçisi Beatris Belle regionda vətəndaş yox, sosial xarakterli müharibənin getdiyini bildirib və Fransa hakimiyyətini etirazçılarla dialoqa çağırıb.

O bildirib ki, zorakılıq regionda vəziyyəti daha da gərginləşdirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.