Dünya

Dünyanın ən zəngin qadını: Maskın sərvətindən çoxuna sahibdir - FOTO

22 Sentyabr 2024 00:50
Baxış: 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.

Milli.Az sfera.az-a istinadən bildirir ki, bir ölkənin iqtisadiyyatından daha çox sərvətə sahib olan Moza Qətərin keçmiş Şeyxinin üç həyat yoldaşından ikincisidir. Şeyxa Moza "Dünyanın ən zəngin qadını" kimi tanınır.

İddialara görə, Mozanın 400 milyard dollar sərvəti var. Bu, Elon Maskın sərvətindən iki dəfə və Yunanıstanın ümumi iqtisadiyyatından çoxdur.

1959-cu il təvəllüdlü Şeyha Moza var-dövləti ilə heyrətləndirir. TikTok-da "popilermagazin" adlı səhifə dünyanın ən zəngin qadını günü ilə bağlı video yayımlayıb. Videoya baxanlar bu sərvəti nəinki ağlına, yuxularına belə gətirə bilməzdi.

Bəs, dünyanın ən zəngin qadını günə necə başlayır? Şeyxa Moza günə içərisi xalis qızılla bəzədilmiş 15 saraydan birində namaz qılmaqla başlayır...

500 lüks avtomobil üçün şəxsi qarajı olan və dünyanın ən dəbdəbəli markalarında paltar geyinən Moza iş həyatında da çox aktiv və tanınan biridir.

Qətər Fondunun sədri olan Moza ölkəni neftdən sonrakı dövrə hazırlayır. Qlobal şirkətlərə milyardlarla dollar sərmayə qoyur. Nahar fasilələrində qızları ilə vaxt keçirir. Sənətə düşkün olan Moza bu sahəyə səxavətli investisiyalar edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.