Dünya

Britaniyadan Putinə "öz üslubunda" cavab

16 Sentyabr 2024 00:39
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin təhdidləri boşdur. O, çox danışır, bu onun üslubudur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putinin Ukrayna ordusunun Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinin NATO-nu Kremllə müharibə vəziyyətinə salacağı barədə çıxışını şərh edərkən deyib.

"O, tanklar, raketlər və nüvə silahları ilə hədələyir. Başqa ölkələri özbaşına işğal etmək istəyən imperialist faşist bizi yoldan daşındıra bilməz. Ona Ukrayna ilə bunu etməyə icazə versək, inanın ki, bununla da dayanmayacaq", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.