Dünya

Bu məzarlıqda azərbaycanlının 6 milyonu və 6 kq qızılı axtarılır - FOTO

13 Sentyabr 2024 23:34
Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azərbaycanlı iş adamına məxsus 6 milyon dollar və 6 kiloqram qızılın məzarlıqda gizlədildiyi iddia edilir.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, FETÖ tərəfindən adı açıqlanmayan azərbaycanlı iş adamının külli miqdarda pul və qızılları ələ keçirilərək, Yalova şəhər qəbiristanlığında gizlədildiyi iddia olunur.

Bunu eşidən insanlar Yalova şəhər qəbiristanlığına gələrək, məzarları qazırlar. 3 ay ərzində yan-yana qəbirlər qazaraq pul və qızıla çatmağa çalışan şübhəlilərin bu məlumatı haradan əldə etməsi maraq doğurur.

Artıq qəbiristanlıqda məzar qazan 4 xəzinəaxtaran saxlanılıb. Saxlanılan şəxslər sonradan məhkəmə tərəfindən sərbəst buraxılıblar. 2 ay əvvəl də sözügedən qəbiristanlıqda məzar qazan 2 nəfər saxlanılmışdı.

Bir neçə gün əvvəl avtomobillə qəbiristanlığa gələrək orada məzar qazmağa başlayan E.A. adlı şəxs saxlanılıb. O, polis tərəfindən dindirilib.

İddia edilir ki, məzar qazan şəxslər İstanbul Beykoz Bələdiyyəsinin işçiləridir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.