Dünya

Norveç Türkiyəyə tətbiq etdiyi sanksiyanı aradan qaldırır

12 Sentyabr 2024 11:01
Baxış: 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç Xarici İşlər Naziri Espen Bart Eyde Türkiyəyə qarşı 2019-cu ildən tətbiq olunan silah embarqosunun ləğv ediləcəyini bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Norveç naziri bu qərar barədə türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı məlumat verib.

"Nazir Fidan öz növbəsində bu qərardan məmnunluğunu ifadə edib və bu cür məhdudlaşdırıcı tədbirlərin tərəfdaşlıq ruhuna uyğun olmadığını vurğulayıb", - deyə Keçeli qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.