Fransa, Almaniya və Böyük Britaniya hökumətləri birgə bəyanat yayaraq İranın Rusiyaya ballistik raketlər ixrac etməsini kəskin şəkildə qınayıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda silah tədarükünün Avropanın təhlükəsizliyinə təhdid olduğu bildirilib.
"İranın Rusiyaya hərbi dəstəyinin artması İran raketlərinin Avropa torpaqlarına çatmasına, Ukrayna xalqının əzablarını artırmasına səbəb olacaq. Bu addım həm İranın, həm də Rusiyanın gərginliyi artırdığını göstərir və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir",- deyə birgə bəyanatda qeyd olunub.
Böyük Britaniya, Fransa və Almaniya İranı müharibədə Rusiyaya verdiyi dəstəyi dərhal dayandırmağa və ballistik raketlərinin təkmilləşdirilməsi və ötürülməsini dayandırmağa çağırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun