Dünya

Ermənipərəst senatoru Fil əvəzləyəcək - FOTO

21 Avqust 2024 09:51
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı ermənipərəst senator Bob Menendezin senat vəzifəsi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 5 noyabr seçkilərinin nəticələri elan olunana qədər onu Nyu-Cersi senatoru ofisində Corc Helmi əvəzləyəcək.

Qeyd edək ki, Menendez cinayət məsuliyyətinə cəlb olunduğu üçün ötən ay istefa ərizəsini Nyu-Cersi ştatının qubernatoru Fil Merfiyə təqdim edib. Onun Senatı avqustun 20-də tərk edəcəyi deyilirdi.

Xatırladaq ki, iyulun 17-də ABŞ-də Andlılar məhkəməsi Robert Menendesi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib. Belə ki, 70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib. Ümumilikdə 16 ittiham üzrə Menendesi 222 ilə qədər həbs cəzası gözləyə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.