ABŞ-nin Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, diplomata ABŞ-dən olan jurnalistlərin Rusiya tərəfini məlumatlandırmadan Kursk vilayətinin ərazisinə qanunsuz daxil olması və oradakı fəaliyyəti ilə bağlı etiraz bildirilib.
Səfirin diqqətinə Rusiya sərhədini qanunsuz keçən əcnəbi muzdluların bu ölkənin hərbçiləri üçün aşkar hədəf olduğu da çatdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun