Dünya

Serblər ayağa qalxdı: Kosovanın şimalında gərginlik...

8 Avqust 2024 06:27
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kosovanın şimalında yaşayan serblər etiraz aksiyası keçiriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Mitrovitsa şəhərində baş tutan aksiyada təxminən 700 nəfər iştirak edib. Serblər özlərini təhlükəsiz hiss etmədiklərini, şəhəri iki hissəyə ayıran İbre çayı üzərindəki körpünün nəqliyyat vasitələrinin hərəkəti üçün açılmasını istəmədiklərini bildiriblər.

Nümayişçilər Serbiyanın lehinə və Kosovanın əleyhinə şüarlar səsləndiriblər. Kosova polisi və NATO-nun bu ölkədəki Sülhməramlı Qüvvələri (KFOR) ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiya insidentsiz başa çatıb.

Qeyd edək ki, Kosovanın şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus bankın altı filialı və "Posta Srbije" milli poçt xidmətinin isə doqquz şöbəsi bağlanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.