Dünya

Çində sel və torpaq sürüşməsi - 4 ölü, onlarla insan itkin

4 Avqust 2024 15:26
Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər isə itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Xinxua" agentliyi xəbər verib.

Qeyd edilir ki, Sıçuan əyalətində tüğyan edən sel nəticəsində bölgədə bir körpü uçub, bəzi binalara ziyan dəyib.

Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü, 23 nəfərin itkin düşdüyünü təsdiqləyib.

Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədən 939 nəfər təxliyə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.