Fransa kanalı ermənidən artıq ermənilik edir – Yeni iddia
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
26 iyulda Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli mövqeyini və təxribatını "France24" davam etdirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Fransa kanalı COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin "mübahisəli" olmasından bəhs edib. Səbəb kimi isə Qarabağın "blokadası" və 2023-cü ilin sentyabrında gedən döyüşlərin "əhali"nin (erməni sakinlər nəzərdə tutulur - red.) "məcburi" köçkünlüyünə gətirib çıxarmasını göstərib.
Rəsmi İrəvanın belə bir iddiada olmamasına baxmayaraq, "France24" ermənilərin Qarabağdan könüllü və heç bir təhlükə olmadan çıxıb getməsini həyasızcasına "qoyqırım" adlandırıb və bu sözü işlətmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampoya istinad edib.
Kanal sabiq prokurora nədənsə çox yer ayırıb və onun keçmiş qondarma qurumun rəhbəri olan, çoxsaylı cinayət əməlləri törədən və hazırda barələrində həbs qətimkan tədbiri seçilərək, Bakıda saxlanılan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsini qanunsuz adlandırmasını efirə verib. Maraqlıdır ki, Ruben Vardanyan da "xeyriyyəçi iş adamı" kimi təqdim edilib. Halbuki Vardanyanın Rusiya hakim dairələrinin çirkli pullarının yuyulmasında müstəsna xidməti və bu şəxsin qara işləri haqqında Qərb mediası və araşdırmaçıları tutarlı faktlarla dəfələrlə çıxış ediblər.
Görünür, Fransa Azərbaycana qarşı təxribatçı təbliğatını dayandırmaq niyyətində deyil və bütün tədbirlərdən - istər Parisdə keçirilən Olimpiya Oyunları, istərsə də Bakıda baş tutacaq COP29-dan öz çirkin məqsədləri üçün istifadə etməkdə maraqlıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
XƏBƏR LENTİ
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Xarici diplomatlar Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət ediblər - (Yenilənib)
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif





