Dünya

Yaşar Gülər yunan nazirlərin təhdidlərinə cavab verib: Gözləyirik!

24 İyul 2024 15:04
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yunanıstanın müdafiə naziri Nikos Dendias və səhiyyə naziri Adonis Georgiadisin təhdidlərinə cavab verib.

"Report"un məlumatına görə, o bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Türkiyəyə hər il 60 milyon turist gəlir, gözləyirik. Turist səfəri üçün gözləyirik", - nazir bildirib.

Qeyd edək ki, daha əvvəl Yunanıstanın müdafiə naziri Nikos Dendias "bir gecə F-35 qırıcıları ilə qəfil Ankaraya gedə biləcəklərini" demişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.