Dünya

Prezident seçilsə, Rusiya ilə bağlı siyasətini açıqladı

17 İyul 2024 09:46
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin 35-ci prezidenti və bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Ağ Evə qayıdandan sonra Rusiya ilə bağlı siyasətini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Tramp "Bloomberg"ə müsahibəsində "Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və ya ləğv etmək" barədə düşünüb-düşünmədiyi sualına belə cavab verib:

"Bəli. Sanksiyalarla biz yalnız hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm".

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə yazdığı məktubda Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə dərhal Ukrayna ilə bağlı sülh danışıqlarının aparılmasını tələb edəcəyini bildirib.

"The Financial Times"a görə, məktubda deyilir ki, seçkidə qalib gəldikdən bir müddət sonra o, sülh vasitəçisi kimi çıxış etməyə dərhal hazır olacaq. Trampın bunun üçün inandırıcı planları var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.