Dünya

Krımda 30 hektar ərazi yanır

15 İyul 2024 21:10
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krımın Koktebel qəsəbəsində quru ot örtüyü yanğınının sahəsi 30 hektara çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Şəhərin Koktebel qəsəbəsində yanğının sahəsi 30 hektara çatıb, havanın 32 dərəcə isti olması və küləyin sürəti 11 m/s-ə çatması yanğınsöndürmə işlərini çətinləşdirir", - məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, aviasiya hadisə yerində işlərini davam etdirir:

"Yanğının söndürülməsinə 278 nəfər və 28 texnika cəlb olunub".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.