Dünya

Starmer Britaniyanın yeni Nazirlər Kabinetini təqdim etdi

6 İyul 2024 07:51
Baxış: 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın yeni Baş naziri Keir Starmer kabinetinə nazirlər təyin edib.

Milli.Az "report"a istinadən bildirir ki, iyulun 5-də o, Kral Çarlzla görüşdükdən sonra rəsmi olaraq Baş nazir vəzifəsinin icrasına başlayıb. Baş nazirliyin ofisi olan "10 Downing Street" önündə çıxış etdikdən sonra Keir Starmer kabinetini qurmağa başlayıb.

Yeni təyinatlara əsasən Ancela Reyner Baş nazirin müavini, İvett Kuper daxili işlər naziri, Devid Lemmi isə xarici işlər naziri təyin olunub. Bundan əlavə Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz isə maliyyə naziri təyin olunub.

Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.