Dünya

Özbəkistanın dəstəyini unutmayacağıq - Ərdoğan

6 İyun 2024 23:26
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasının birləşməsində mühüm rol oynayır. 2019-cu ildə Özbəkistanın TDT-yə daxil olması ilə türk dövlətləri ailəsi daha da möhkəmlənib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 6-da Ankarada özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə birgə mətbuat konfransında deyib.

Türkiyə lideri vurğulayıb ki, Ankara Daşkəndi həm kədərli, həm də sevincli günündə dəstəkləməyə hazırdır.

"2023-cü ilin fevral zəlzələlərindən sonrakı dövrdə Türkiyəyə göstərilən dəstəyi unutmayacağıq. Bu, fəlakət zonasına 700 tona qədər humanitar yardım göndərmiş özbək qardaşlarımıza da aiddir", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Özbəkistanın dəstəyi ilə Hatay əyalətində 306 yaşayış binasının tikintisi layihəsini də vurğulayıb.

"Bu yaşayış massivi ölkələrimizin əbədi dostluğunun simvolu olacaq. Qardaş özbək xalqına minnətdaram", - deyə Türkiyə dövlətinin başçısı bildirib.

Ərdoğan Özbəkistanı qlobal arenada əhəmiyyəti gündən-günə artan dövlət adlandırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.