Dünya

Nobel mükafatçısı öldü

14 May 2024 20:58
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kanadalı yazıçı Elis Munro 93 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "Globe and Mail" nəşri onun yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, yazışı 10 il demensiyadan əziyyət çəkib. Munronun Kanadanın Ontario əyalətindəki qocalar evində vəfat etdiyi bildirilir.

Qeyd edək ki, o, Britaniya Kolumbiyası və Kvinslend Universitetlərində ədəbiyyatdan dərs deyib. 2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq "Buker" mükafatını qazanıb və dörd il sonra  "müasir qısa hekayənin ustası" kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.