Əgər Rusiya konstruktiv hərəkət edərsə, Avropa eyni cür cavab verməlidir, lakin onun hərəkətləri Qərbin maraqlarına zidd olarsa, Moskvaya müqavimət göstərilməlidir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel bildirib.
"Əgər Rusiya özünü konstruktiv aparırsa, o zaman Avropa da həmişə eyni şeyi etməlidir, lakin Rusiya bizim maraqlarımıza zidd hərəkət edəndə biz buna qarşı çıxmalıyıq, çünki əks halda bizim həyat tərzimiz və dəyərlərimiz təhlükə altında olacaq", - Pavel qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun