Dünya

Mişustin yeni hökuməti təqdim etdi

11 May 2024 21:15
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Baş naziri Mixail Mişustin Dövlət Dumasına yeni hökumətin tərkibi ilə bağlı təkliflərini təqdim edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, təkliflərə əsasən, hazırda fəaliyyət göstərən nazirlərin bəziləri öz postlarını saxlayacaqlar.

Parlamentin aşağı palatası bir həftədən gec olmayaraq namizədlərlə bağlı qərarlar qəbul etməlidir. Bundan əlavə, bütün təyinatlar prezident tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.