Dünya

Ukrayna Krım körpüsünü dağıtmağa qadirdimi?

8 May 2024 09:22
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Kerç (Krım) körpüsünü zədələmək üçün hara vuracağını bilir, lakin bunu lazımi anda etmək lazımdır.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu sözləri Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi İlya Yevlaş deyib.

"Körpünün dağıdılması rus işğalçıların yarımadadakı imkanlarını zəiflədər, həm də onları ruhdan salardı. Həmçinin Krıma müxtəlif növ avadanlıqların çatdırılmasında o qədər də fəal olmazdılar, bu, o cümlədən imic baxımından ciddi təsir göstərə bilərdi, çünki bu körpü Rusiyanın zəfər simvoluna çevrilib.

Belə bir məqsədə çatmaq üçün çoxlu raket lazımdır, çünki Krım körpüsü çox böyükdür. Bununla belə, mütəxəssislər dəmir yolu və yol örtüyünün əhəmiyyətli dərəcədə zədələnməsi üçün zərbələrin vurulmalı olduğu yerləri bilirlər", - İ.Yevlaş bildirib.

O qeyd edib ki, Krım körpüsü demək olar ki, bütün dünyada ən çox mühafizə olunan obyektdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.