Dünya

Pakistan böyük faciənin qarşısını aldı

29 Aprel 2024 01:56
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın təhlükəsizlik qüvvələrinin Hayber-Paxtunxva əyalətində keçirdiyi əməliyyat nəticəsində azı iki terrorçu zərərsizləşdirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Dera İsmayıl-Xan dairəsində antiterror əməliyyatı keçirib. Onların hədəfi yaraqlıların sığınacaqlarından biri olub və bu barədə məlumat yerli təhlükəsizlik orqanları tərəfindən verilib.

Toqquşma nəticəsində iki ekstremist məhv edilib. Hadisə yerindən terrorçuların Pakistan vətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdıqları silah, sursat və əldəqayırma partlayıcı qurğular götürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.