Rusiyada Bexterev xəstəliyinin müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alınıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Səhiyyə Nazirliyi Bexterev xəstəliyinin (ankilozlaşdırıcı spondilit - red.) müalicəsi üçün dünyada ilk dərmanı qeydiyyata alıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Səhiyyə Nazirliyi Bexterev xəstəliyinin müalicəsi üçün dünyada və sinfində ilk hədəfə yönəlmiş dərmanı qeydə alıb. Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Dərmanı qeydiyyata aldıqdan sonra istehsalçı şirkət sənaye istehsalına başlaya bilər", - məlumatda deyilir.
Hazırlanmış dərman bədənin öz hüceyrələrinə hücum edən patoloji T-limfositləri məhv etməyə imkan verir. İlkin klinik tədqiqatlar xəstəliyin gedişatının bütövlükdə orqanizmin immun sisteminin fəaliyyətini azaltmadan dayandırıldığını təsdiqləyib.
Bexterev xəstəliyi ankilozlaşdırıcı spondilit adlanır. Ankilozlaşdırıcı spondilit - ağrılı, kəskinləşən, fəqərə qırılmasına və osteoparoza səbəb olur. Əsasən onurğanı əhatə etsə də, oynaq və bağlara, bəzən hətta göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərir. Oma və çanaq sümükləri arasında oma-qalça oynağı ankilozlaşdırıcı spondilitin başladığı yer sayılır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ankilozlaşdırıcı spondilit qarşı dərmana beynəlxalq qeyri-mülkiyyət adı seniprutuq təyin edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov
-
Universitetdən qovulan tələbə - “Məni belə yadda saxlayın” - (Video)
-
Bu ay 4 bürc pul içində üzəcək
-
Hande Erçel dəyişib belə oldu - (Foto)
-
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)
-
"Beşiktaş"a Orkun Kökçü ilə bağlı pis xəbər
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Oğlunu öldürmək istəyini “ChatGPT”yə danışdı - Həbs olundu
-
Əməkdar artistin ailəsində xoş gün
-
Ağdamda minalanmış ərazidə yanğın başladı
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
ABŞ Mahmud Abbasa niyə viza vermədi?
-
Alla Axundova vəfat etdi





