Dünya

ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib

17 Aprel 2024 00:15
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatları London Ali Məhkəməsinə "WikiLeaks"in qurucusu Culian Assancın Amerika ərazisinə ekstradisiyası ilə bağlı tələb edilən təminatları verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi Assancın həyat yoldaşının nümayəndəsinə istinadən məlumat yayıb.

Söhbət Assancın söz azadlığından istifadə etmək, məhkəmədə hüquqlarının pozulmaması imkanından gedir və ayrıca qeyd olunduğu kimi, ABŞ-da məhkəmə onu təqsirli hesab edərsə, Assanj ölüm cəzası ilə üzləşməyəcək.

Qeyd edək ki, Britaniya məhkəməsi Assancı dərhal ABŞ-a təhvil verməkdən imtina etmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.