İranın Brüssel SUSQUNLUĞU – Tehran “qırmızı xətlər”ini niyə UNUTDU?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan son zamanlar sürətlə Qərbə doğru istiqamətlənir. Bunun ən son bariz nümunəsi bu gün Brüsseldə ABŞ dövlət katibi Blinken, Aİ komisiyasının sədri Ursula fon der Layen və Ermənistan baş naziri Paşinyan arasında olacaq görüşdür. Hansı ki, bu görüşdə Ermənistana təhlükəsizlik zəmanətinin verilməsi, onu silahla təmin etmək kimi məsələlər müzakirə edilir.
Yaranmış vəziyyət onu deməyə əsas verir ki, başlanan proses hətta yaxın gələcəkdə NATO qüvvələrinin Ermənistanda yerləşməsilə də nəticələnə bilər. İndilikdə hələlik mülki ad altında Aİ missiyası Ermənistandadır.
İrəvanın bölgədə gərginlik yaratmağa hesablanmış bu addımını sözsüz ki, region ölkələrinin hər biri üçün təhlükə mənbəyidir. Belə olan halda məntiq tələb edir ki, regionun digər ölkələri həmin məqama etiraz səsini ucaltsın.
Bu mənada Brüssel görüşünə Bakı, Ankara və Moskva öz narahatlıq və etirazını bildirib. Qərbin regionda olmasından narahat olduğunu hər zaman bəyan edən İran isə nədənsə bu məsələdə susmağa üstünlük verir. Halbuki indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox "qırmızı xəttdən" danışan məhz İran idi.
Qərbin Ermənistanda möhkəmlənməsi fonunda görəsən, İranın niyə etiraz səsi çıxmır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Qərbin və İranın mövqeyi həmişə üst-üstə düşür:
"Onların bölgə haqqında strateji maraqları əslində eynidir. Sadəcə olaraq, bunu gizlədirlər. Özlərini sanki müstəqil mövqe tutan, guya bir-birinə qarşı mübarizə aparan qüvvələr kimi göstərirlər. Amma əslində bu belə deyil. İran rejimi birbaşa Amerika tərəfindən idarə olunan mexanizmlərdən biridir. O baxımdan da onların Ermənistan məsələsinə münasibətləri gizli sövdələşmə əsasında formalaşıb.
İllərdir bu vəziyyət davam edir.
Ona görə də İranın Qərbin Ermənistana ayaq açmasına səssiz qalmasında fikrimcə, şübhəli bir məqam yoxdur. Hər kəsə aydındır ki, Ermənistana dəstək vermək birbaşa ABŞ-ın istəyilə baş verir. Amerikanın İran siyasətini burada yaşayan ermənilər də sadəcə ritorikadan başqa, konkret hərəkətə keçmək imkanı verməyəcək səviyyədə dəstəkləyirlər.
Burada böyük bir sürpriz yoxdur. Azərbaycan öz mövqeyini gücləndirməli və üzərinə gələn bütün dalğaları dəf etməyə hazır olmalıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi





