Dünya

Rusiya Brüssel görüşünü gözləyir: Sanksiya tətbiq edəcək

5 Aprel 2024 16:51
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya tezliklə Ermənistana iqtisadi sanksiyalar tətbiq edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu barədə siqnallar artıq qeyri-rəsmi olaraq Moskvadan Ermənistanın ən mühüm iri biznes strukturlarına ötürülüb:

"Bu, ilk növbədə, Paşinyana və komandasına yaxın olan şirkətlərə və müəssisələrə təsir edəcək. Amma bu və ya digər şəkildə çətin olacaq və hamı bundan təsirlənəcək", - məlumatda qeyd olunub.

Səbəb isə İrəvanın Qərbə üz tutması göstərilir:

"Biz həmçinin Yuxarı Lars keçid məntəqəsindən keçərkən gecikmələrdən, bəzi növ erməni məhsullarına Rusiya bazarının bağlanmasından, vergi və digər sanksiyalardan danışacağıq. Bütün bunlar ermənilərə Qərbə yaxınlaşmanın nəticələrini göstərmək üçün edilir".

Daha sonra bildirilir ki, Rusiya hakimiyyəti Brüsseldəki üçtərəfli görüşün nəticələrini gözləyir, ondan sonra Ermənistan hakimiyyətinin seçimi aydınlaşanda bu addımlar əməli formada olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.