Dünya

Siam əkizlərinin ikincisi də evlənməyə hazırlaşır

5 Aprel 2024 14:00
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə Amerikada yaşayan Siam əkizləri Abigeyl və Britaninin ərə getməsi barədə məlumat vermişdik.

Milli.Az lent.az-a istinadən bildirir ki, əslində Abigeylin ərə getdiyi məlum olub. O bildirib ki, ailə quran məhz odur.

Daha maraqlı açıqlamanı isə digər bacı verib. Britani bildirib ki, o başqa bir kişiyə aşiqdir və o da evlənməyə hazırlaşır. Eyni bədəndə yaşayan iki ruhun bu evliliyi hansı formada gerçəkləşdirə biləcəyinə dair müəmma gündəmi zəbt edib. 

Qeyd edək ki, Abigeyl və Britani 34 ildir eyni bədəndə yaşayırlar. Eyni qan axını və beldən aşağı orqanları paylaşan qızların iki ürəyi, dörd ağciyəri və iki mədəsi var. Abigeyl bədənin sağ qolunu və ayağını, Britani isə sol qolunu və ayağını idarə edir. Onların ortaq bir cinsi orqanı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.