Dünya

Tbilisi ilə Bakını səhv saldı

18 Mart 2024 17:11
Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında çıxışı zamanı Tbilisi ilə Bakını səhv salıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin an Gürcüstanın Baş naziri İrakli Kobaxidze Stoltenberqin yanında olub. 

"Yenidən Bakıya qayıtmaq və burada olmaq xoşdur. Çünki bu bizim Gürcüstan və NATO arasında tərəfdaşlığı necə yüksək qiymətləndirdiyimizi göstərir", - deyə Baş katib qeyd edib.

Bildirilir ki, bununla belə, Stoltenberqin səhvini heç kəs düzəltməyib. 

Xatırladaq ki, Stoltenberq martın 17-18-də Azərbaycanda səfərdə olub və bu gün Gürcüstana gedib. O, Gürcüstandan Ermənistana səfər edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.