Dünya

“Bu gün Kiyevə 5 milyard avronun ayrılması təsdiqlənəcək”

18 Mart 2024 17:46
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 18-də Aİ ölkələrinin XİN başçıları Avropa Fondu vasitəsilə Kiyevə 5 milyard avro məbləğində yeni hərbi yardımın ayrılmasını təsdiq edəcəklər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

"Bizimlə videokonfrans vasitəsilə iki mühüm qonağımız olacaq - ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba. Uzun həftələrdir müzakirə etdiyimiz qərarı - Avropa Sülh Fondunun Ukraynaya 5 milyard avro hərbi yardım ayrılmasını, nəhayət, təsdiq edəcəyimizi gözləyirəm. Bu gün nazirlər Ukraynaya hərbi yardımımızın artırılmasına yekun razılıq verəcəklər", - Borrell əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.