Dünya

Baydenin arvadı da Trampa hücum etdi: Qadınlar üçün...

2 Mart 2024 18:08
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil ABŞ-ın keçmiş lideri Donald Trampı qadınlar üçün təhlükə adlandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın birinci xanımının sözlərini "The Hill" nəşri sitat gətirib.

Cümə günü, martın 1-də ABŞ prezidentinin həyat yoldaşı Atlantada çıxış edərək Bayden üçün qadınlar kampaniyasına başlayıb. O, çıxışında bildirib ki, Tramp bütün həyatı boyu qadınları məhv edib və dəyərsizləşdirib.

"O, qadınların bədənlərini ələ salır, nailiyyətlərimizə hörmətsizlik edir və hücumlarla öyünür", - ABŞ-ın birinci xanımı deyib.

O, həmçinin vurğulayıb ki, Tramp Corciyada qadınları sağlamlıqları ilə bağlı qərar vermək hüququndan məhrum edən abort qadağasının tətbiqinə görə məsuliyyəti öz üzərinə götürüb.

"Donald Trump qadınlar və ailələrimiz üçün təhlükədir" ,deyə Cil Bayden vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.