Dünya

Pentaqon: ABŞ hərbi-sənaye kompleksi böyük dövlətlərin qarşıdurmasına hazır deyildi

29 Fevral 2024 00:30
Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin hərbi-sənaye kompleksi böyük dövlətlərin rəqabəti şəraitində silah və sursat istehsalını sürətlə artırmağa hazır deyildi.

Milli.Az report-a istinadən xəbər verir ki, bu qiymətləndirməni Vaşinqtonda Hudson İnstitutunda keçirilən seminarda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin maddi-texniki təchizat üzrə direktoru, general-leytenant Leonard Kosinski deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı kontekstində Rusiya iqtisadiyyatını "müharibə vəziyyətinə" salıb. "Amma biz yox. Biz kollektiv şəkildə, - mən Avropa və ABŞ-ni nəzərdə tuturam - o cümlədən müttəfiqlərimiz və tərəfdaşlarımız mövqelərini bərpa etməyə çalışırlar", - Kosinski bildirib.

"Düşünürəm ki, ən ciddi problem, hətta vasitələrimiz olsa belə, istehsalı artırmaq və lazımi miqdarda silah və sursat istehsal etmək imkanı əldə etməkdir. Ümid edirəm, buna nail olacağıq", - general deyib.

Onun fikrincə, ABŞ-nin hərbi-sənaye kompleksinin zəifləməsinə ölkənin "son iki onillikdə" "fərqli xarakterli münaqişəyə cəlb edildiyi" qərarlar səbəb olub.

General qeyd edib ki, bu günə qədər ABŞ hərbi-sənaye kompleksi "böyük güclər arasında bərabər şərtlərdə şiddətli rəqabətə hazır deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.