Dünya

Rusiya vətəndaşları bu ölkəyə gedə bilmir

28 Fevral 2024 07:35
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri gələn ilin martın 4-dək uzadıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər.

Qeyd edək ki, 2022-ci il 19 sentyabr tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün Şengen zonasına girişini bağlayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.