Dünya

Afinada sürücülər tətil elan etdilər

27 Fevral 2024 19:08
Baxış: 1 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri SATA həmkarlar ittifaqının qərarı ilə ikigünlük tətil elan ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, ölkədə onlarla yanaşı, dəmiryol işçiləri və dövlət sektoru işçiləri kimi digər sektorların həmkarlar ittifaqları da tətil edəcəklər.

Bildirilib ki, bu tətillərə səbəb taksi sürücülərinin ağır vergi yükünə məruz qalmalarıdır.

İttifaq, xüsusilə, hökumətdən taksi xidmətləri üzrə ƏDV dərəcəsinin 13% səviyyəsində saxlanmasını, 2026-cı ildən etibarən yalnız sıfır tullantılı yeni taksilərin qeydiyyata alınmasının öhdəliyi barədə qərarın ləğvini tələb edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.