Dünya

Bayden: Özümə görə deyiləm, amma Trampdan dəhşət yaxşıyam

23 Fevral 2024 08:52
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden "özünə görə olmadığını", lakin eyni zamanda sələfi Donald Trampdan dəqiq yaxşı olduğunu bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kaliforniyada keçirilmiş seçkiqabağı mitinqdə deyib.

"Digər prezidentlərlə müqayisədə özümə görə deyiləm, amma sonuncu oğlandan (keçmiş Prezident Donald Tramp - red.) dəhşət yaxşıyam", - o deyib.

Bayden həmçinin Trampı "siyasi zorakılıq tərəfdarı" olduğuna görə tənqid edib. Onun sözlərinə görə, Vətəndaş Müharibəsindən (1861-1865) bəri heç bir prezidentdə belə xüsusiyyət sezilməyib.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarının ünvanına "dəli köpək oğlu" deyib. Putin amerikalı həmkarının dediklərini anlayışla qarşılayıb: "Bu mənim dediklərimə adekvat reaksiyadır. Niyə? Çünki o, "Volodya, afərin, yardım etdiyin üçün çox sağ ol" deyə bilməz".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.