Dünya

Artıq qalan yeməkləri yeyən xadimə işdən qovuldu

20 Fevral 2024 20:02
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə təmizlikçi xanım konfransdan sonra qalan sendviçi yediyi üçün işdən qovulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, məlumata görə, 39 yaşlı Qabriela Rodriqez sendviç "oğurladığına" görə təmizlik şirkətindən qovulub. Qadın iddia edir ki, sendviçi konfrans iştirakçıları qoyub getdiyi üçün yeyib, ona görə də cinayət törətdiyini düşünmür.

"Qabriela heç kimin ona yemək təklif etmədiyini təsdiqlədi, lakin o, hər halda yeməyi qəbul etməyə qərar verdi" deyə şirkətdən bildirilib.

Rodriqez, işəgötürəni məhkəməyə verməyi və ədaləti bərpa etməyi planlaşdırdığını söyləyib. Bundan əlavə, qadın həmkarlar ittifaqı tərəfindən dəstəklənir.

Həmkarlar ittifaqının sədri açıqlamasında "Təmizlikçilər müntəzəm olaraq bu kimi ayrı-seçkilik əsaslarına görə işdən azad edilirlər" deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.