Dünya

ABŞ müsadirə edilmiş Rusiya vəsaitlərindən Ukraynaya təxminən 500 min dollar göndərib

17 Fevral 2024 19:41
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukraynaya yardım göstərmək üçün müsadirə edilmiş Rusiya vəsaitlərindən təxminən 500 min dolları Estoniyaya köçürüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilib.

Müsadirə olunan vəsaitlərin "birbaşa köçürülməsi hələ mümkün olmadığından ilk dəfə olaraq xarici müttəfiq vasitəsilə Ukrayna hakimiyyətinə ötürüldüyü" qeyd edilir.

Bu vəsaitlər Amerika istehsalı olan hərbi texnikanı Rusiyaya qanunsuz yolla tədarük etməyi cəhd edən bir qrup şəxsin aşkarlanmasından sonra ABŞ tərəfindən müsadirə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.